MİKAYIL İSMAYILOVUN “E-MANAT”I MÜŞTƏRİLƏRİN CİBİNƏ GİRİR – ÖZƏL FAKT

11-08-2021, 16:37           
MİKAYIL İSMAYILOVUN “E-MANAT”I MÜŞTƏRİLƏRİN CİBİNƏ GİRİR – ÖZƏL FAKT
“E-manat” terminalları müştərilərin hüquqlarını pozmaqdadır. TİA.Az-a verilən məlumata görə, vətəndaşlar bu ödəmə aparatında cərimə ödəyərkən 1 manat komission haqqı tutulur.
Məsələn, müştəri yol polisinə inzibati xəta ilə bağlı cərimə ödədikdə, ondan 1 manat əlavə pul çıxılır. Bu isə həm qanunsuzluq, həm vətəndaşın cibinə girməkdir.
Hər hansı xidmətdən istifadə edərkən ondan əlavə komission haqq alına bilməz. Bu ödəmə cihazları bir vasitədir. Lakin “e-manat” xidməti cərimələrin ödənişi zamanı 1 manat özünə qazanc götürür. Bu da insanlarda kütləvi narazılıq yaratmaqdadır.
Son zamanlar sosial mediada da bu haqda şikayətlərə rast gəlmək olar. Hətta sözügedən şirkətin boykot olunmasına çağırışlar belə səslənməkdədir. “eManat” brendi “Modern Group of Companies” şirkətlər qrupuna aiddir.
“Modern Group of Companies” SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun şirkəti kimi tanınır. M.İsmayılov oliqarx məmurlardan olub. İndi də böyük sərvətə, eniş biznes imkanlarına malikdir. Mediada yayılan xəbərlərə görə, Mikayıl İsmayılov “MilliÖn” ödəmə sisteminə qarşı “eManat”ı yaradıb.
Qeyd edək ki, “MilliÖn” ödəmə sistemi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qeyri-rəsmi nəzarətindədir və keçmiş deputat Hacı Salayev tərəfindən idarə olunduğu deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru