Nəsimidə «Gül Bayramı» neçəyə başa gəlib?

5-05-2015, 12:55           
Nəsimidə «Gül Bayramı» neçəyə başa gəlib?
əsib Məhməliyevin mayın 1-də təşkil etdiyi tədbirə 500 min manat xərclədiyi deyilir

Azərbaycanda hər il mayın əvvəlindən 10-na kimi başda Bakı olmaqla, bütün rayonlarda «Gül Bayramı» keçirilir. Bununla bağlı ciddi etirazlar olsa da, hakimiyyət dairələri büdcə vəsaitlərinin bu şəkildə dağıdılmasına maksimum həddə haqq qazandırır. Amma «Gül Bayramı» həm də bəzi rayonların rəhbərləri üçün əsl gəlir mənbəyidir.

JAM.AZ-ın araşdırmaları nəticəsində məlum olub ki, Bakının Nəsimi rayonu da hər il «Gül Bayramı» keçirir. Bayram deyəndə ki, bu icra başçısı Nəsib Məhməliyev üçün bayram sayılır. Yerdə qalan idarə və müəssisə rəhbərləri, habelə sahibkarlar üçün heç də bayram yox, daha çox pul xərcləmə günü kimi qəbul edilir.

Bildirək ki, Nəsimi rayonunda gül bayramı mayın 1-də təşkil olunub. Rəsmi məlumata görə, gül sərgisində Nəsimi rayonunun ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar müəssisəsi şagirdlərinin eləcə də ayrı-ayrı rayon sakinlərinin müxtəlif mövzularda 7000-dən artıq əl işi nümayiş olunub. 100.000-dən çox təbii çiçək növü bitki və yarpaqlardan hazırlanan kompazisiyalar və müxtəlif bəzək əşyaları və rəngli kağızlardan düzəldilən aplikasiyalar, ekibano və rəngarəng rəsmlər təqdim edilib.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, bu sərginin təşkili üçün büdcədən heç də kiçik rəqəmlərlə ifadə olunmayan məbləğdə pul ayrılıb. Həmin bilgilərdə vurğulanıb ki, Nəsimi rayon İcra Hakimiyyəti «Gül Bayramı» üçün 500 min manat pul ayırıb. Və bu qədər pulun nəyə və necə xərcləndiyi isə məlum deyil. Mənbələr iddia edirlər ki, qeyd olunan pullar əslində, yerli idarə və müəssisə rəhbərlərindən, habelə sahibkarlardan toplanılıb. Hətta bununla bağlı siyahı hazırlanıb ki, onun üzərindən hərəkət edilib. Yəni, İcra Hakimiyyətinin məsul işçiləri siyahıda adları onları bir-bir dəvət edib, nəzərdə tutulan məbləği toplayıblar.

Amma Nəsib Məhməliyevin daha 50 min manat pul topladaraq, Bakı Şəhər İcra Hakimiyyətinə verdiyinə dair də iddialar var. JAM.AZ-a verilən məlumatlarda qeyd edilir ki, Nəsiminin icra başçısı mayın 10-da Heydər Əliyev Sarayının qarşısında təşkil olunacaq «Gül Bayramı» üçün pul istənildiyini əsas gətirərək, qeyd olunan məbləği toplatdıraraq, lazımi məqamlara çatdırıb. Hərçənd bəzi mənbələr 50 min manatın vurğulanın iş üçün toplanıldığına şübhə ilə yanaşırlar. Çünki Bakı Şəhər İcra Hakimiyyətinin hər il öz, qismən də büdcə vəsaitləri hesabına «Gül Bayramı» təşkil etdiklərinin artıq təsdiq olunduğunu deyirlər. O zaman ortaya sual çıxır ki, Nəsib Məhməliyev bu qədər pulu neyləyib? Hər halda araşdırılmalı mövzudur.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.