Jurnalistlərin nəzərində bu mətbuat xidmətləri işləmir - Ən bərbad halda olan dövlət qurumu hansıdır?
5-05-2015, 16:58
Söz Analitik Araşdırma Bürosu (SAAB) bu dəfə jurnalistlarlə dövlət qurumları arasında körpü rolunu oynayan mətbuat xidmətlərinə media nümayəndələrinin münasibətini araşdırıb. Bununla bağlı qurumdan DİA.AZ-a ötürülən məlumatda qeyd olunur ki, ölkənin 34 tanınmış qələm əhli arasında keçirilmiş sorğu zamanı ilk olaraq bu suala cavab axtarılıb: Hansı dövlət qurumunun mətbuat xidməti yaxşı işləmir.
Bildirək ki, jurnalistlərin böyük əksəriyyəti yekdil mövqe nümayiş etdiriblər ki, bu da sorğunun real mənzərəni tam ehtiva etməsindən xəbər verir.
SAAB-ın dia.az-a yolladığı materialda bildirilir ki, media nümayəndələrinin rəyinə görə, hazırda ən bərbad halda işləyən mətbuat xidməti Dövlət Yol Polisinə aiddir.
Nəticələrlə tanış olun. Beləliklə jurnalistlərə görə, onlarla təmasdan qaçan mətbuat xidmətlərinin ilk beşliyi aşağıdakı kimidir:
1. Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev;
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev;
3. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Babayev;
4. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov;
5. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova.
SAAB-dan verilən məlumatda deyilir ki, jurnalistlər ikinci olaraq ən yaxşı işləyən mətbuat xidmətlərinin sırasını da müəyyən ediblər və dia.az olaraq ilk YAXŞILARIN BEŞLİYİNİ təqdim edirik:
1. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli;
2. Baş prokurorluğun mətbuat xidmətini rəhbəri Eldar Sultanov;
3. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov;
4. Bakı şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov;
5. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov.