Kafedra müdirləri olan deputatlar - SİYAHI

6-05-2015, 10:43           
Kafedra müdirləri olan deputatlar - SİYAHI
Azərbaycanın ali qanunverici orqanı olan Milli Məclis üzvlərinin bəziləri həm də elm xadimidirlər. Onların aralarında dosent, professor və akademik elmi dərəcələrini alanlar da var.

Modern.az saytı bu yazıda ayrı-ayrı təhsil ocaqlarında kafedra müdirləri kimi çalışan deputatları təqdim edir:

Rəbiyyət Aslanova - Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir. Rəbiyyət Aslanova həm də BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiridir. Fəlsəfə elmlər doktoru, professor olan Rəbiyyət xanım 2009-cu ildən həmin kafedraya rəhbərlik edir.

Abel Məhərrəmov - Akademik Abel Məhərrəmov BDU-nun rektoru, olmaqla yanaşı həmçinin bu təhsil ocağında Üzvi kimya kafedrasının müdiridir. 50-dən çox patentin müəllifi olan akademik 1991-ci ildən həmin kafedranın professorudur.

Əhliman Əmiraslanov - Akademik Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru, eyni zamanda həmin ali təhsil ocağının Onkologiya kafedrasının müdiridir. Əhliman Əmiraslanov həm də Azərbaycan Milli Elmlər Akademiyasında təbiət elmləri bölməsinin akademik katibidir.

Nizami Cəfərov- Atatürk Mərkəzinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov hazırda Milli Məclisin Mədəniyyət komitəsinin sədridir. Bununla yanaşı, professor BDU-nun Ümumi dilçilik kafedrasının müdiri vəzifəsini də icra edir.

Şəmsəddin Hacıyev - Dövlət İqtisad Universitetinin keçmiş rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri olan Şəmsəddin Hacıyev hazırda həmin universitetdə fəaliyyətini kafedra müdiri kimi davam etdirir. O, Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiridir.

Yaqub Mahmudov - AMEA-nın Tarix İnstitutunun direktoru işləyən professor Yaqub Mahmudov da kafedra müdiri olan deputatlardandır. AMEA-nın müxbir üzvü hazırda BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir.

Bəxtiyar Əliyev - Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini. olan Bəxtiyar Əliyev BDU-nun psixologiya kafedrasının müdiri kimi də çalışır. Professor AMEA-nın müxbir üzvüdür.

Xanhüseyn Kazımlı - Sosial Rifah Partiyasının sədri olan deputat öz ixtisasına sadiq qalıb. O, həm də İqtisad Universitetində kafedra müdiridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.