Şirvanda fırıldaqçılar peyda olub - "Ailənizin adına kitab çıxardacam." deyib pul alıb yoxa çıxırlar.. İDDİA

18-01-2022, 12:23           
Şirvanda fırıldaqçılar peyda olub - "Ailənizin adına kitab çıxardacam." deyib pul alıb yoxa çıxırlar.. İDDİA
Teref.az-ın poçtuna Şirvandan Leyla Həşimova soyadlı vətəndaşdan şikayət məktubu daxil olub. Leyla xanımın yazdığına görə bir dəstə fırıldaqçı ailələri haqqında kitab çıxardacaqları adı ilə Bayramov Tofiqdən pul alaraq yoxa çıxıb. Leyla xanım məktubunda yazır:
"Dələduz və Maşennik Xumar Süleymanova

Ey camaat bu günki dövrdə şirkətlər, firmalar, müəssisələr mətbuatlar var. Amma camaatdan pul alıb onlarla həm kobud danışan, həm bizim telefona cavab verməyən insanla sizi tanış edəcəm. Bir gün mən Bayramov Tofiq evdə ailəmlə birgə oturmuşdum, savadsız insan olduğum üçün gəlib məndən 100 manat məbləğində pul aldılar, sənəd düzəldəcəyik dedilər kitabda çıxarmaq üçün , ancaq həmin insana nə qədər zəng edirəm telefona cavab vermir. Sonra ofislərinə zəng etdim ki, belə bir işçi var? Dedilər bəli var. Vəfa və Vüsalə adlı xanımlarla danışdım. Müdirləri deyəsən Vüsal adında şəxsdir.

Sonra eşitdim ki, bu Xumar Süleymanova dələduz Sabirabad tərəfə bizim kəndə gedib. Özüdə deyəsən əsli biz tərəfədən Şirvan zonasındandır. Sonra eşitdik ki Şirvan zonasındadır. Bir müddət sonradan Hacıqabul zonasında peydah oldu. Ay maşennik, ay dələduz alırsan al pulu halal xoşun, amma telefonu niyə açmırsan? Cavab vermirsən? Həmdə adamla kişi kimi danışır. Amma əməlləri elə deyil, ayıb olsun Xumar Süleymanova!

Biz özümüz və ailəmiz üçün 100, 200,500 də verərik. Amma belə maşenniklər qanun qarşısında cavab verməlidir. Yanında hər dəfə bir oğlanla olur elə bil, söhbətə baxırlar. Maşennik və dələduz Xumar Süleymanovanı hamı tanısın!

İmza: Leyla Həşimova.
Teref.az olaraq məktubda qaldırılan iddialarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyinidə dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.