Sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq - Diqqət!

21-01-2022, 12:23           
Sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq - Diqqət!
Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq.

Teref.az xəbər verir ki, APA-nın “Sənədsiz evlərin sənədləşdirilməsi prosesinə nə zamandan başlanılması nəzərdə tutulur?” sualına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bununla bağlı müvafiq qanunvericilik aktı qəbul edildikdə prosesə başlanacaq.

Əmlak Məsələləri Dövlət Xidməti bu barədə qanunvericilik aktı hazırda qəbul edilmədiyi üçün bu halda hansı sənədsiz evlərin sənədləşdirilməsinin mümkün olmayacağı barədə sualı isə cavablandırmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru