Saatlıda mədəniyyət idarəsi problemi - Təftiş zərurəti...

7-05-2015, 10:29           
Saatlıda mədəniyyət idarəsi problemi - Təftiş zərurəti...
Bu gün bölgələrdə fəailiyyət göstərən bir sıra dövlət qurumlarında ciddi qanun pozuntuları baş verir. Mütamadi aparılan yoxlamalar göstərir ki, bəzi nazirlik və komitələrin rayonlarda fəailiyyət göstərən şöbələrinin rəhbərləri ayrılan dövlət vəsaitini təyinatı üzrə xərcləmir, yeyinti hallarına yol verirlər. Belə dövlət qurumlarından biri də Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsidir. Adıçəkilən dövlət müəssisəsi ilə bağlı mətbuata saysız-hesabsız şikayətlər daxil olur. Bildirilir ki, dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti təyinatı üzrə xərclənmir.
Quruma alınan avadanlıqların rəsmiləşdirilmiş qiyməti bazar qiymətinə adekvat deyil. Rəsmiləşdirilmiş qiymətlə bazar qiyməti arasında yerlə-göy qədər fərq var. Bundan başqa qurumun rəhbəri olan Şahpələngova Şərqiyyə rayon Mədəniyyət və Turizm Şöbəsinə işə qəbulu öz qaydaları əsasında həyata keçirir. İşçilərdən nəsə almasa onları işlə təmin etmir. Bu da ilk növbədə, qanunsuzluqdur. Digər tərəfdən Şərqiyyə xanım öz qohum-əqrabaları arasında nifaq yaradan biri kimi tanınır. O bəzi qohumlarını öz tərəfinə çəkərək digərləri ilə konfiliktə sövq edir. Belə ki, Şərqiyyə xanımın işləri ilə daha çox onun doğma qaynı məşğul olur. Verilən məlumata görə əgər Şərqiyyə Şahpələngovanın işində hər hansı bir problem yaranırsa o işə dərhal onun qaynı müdaxilə edir. Və problemi həll etməyə çalışır. Digər tərəfdən Şərqiyyə xanımın Mədəniyyət və Turizm Şöbəsinin inventarında olan müəsisələrindən təyinatı üzrə istifadə etməyidə bildirilir. Belə ki, Mədəniyyət bə Turizm şöbəsinin Saatlı 1 Mərkəzləşdirilmiş Kitabxana sistemi, 1 Uşaq kitabxanası, 54 kitabxana filialı, 13 klub, 14 mədəniyyət evi, 1 Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, Bayraq muzeyi və 1 Mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.

Şöbə müdiri həmin mədəniyyət evlərinə müəyyən maraqları naminə öz yaxın adamlarının adlarını yazdırıb onlara düşən əmək haqqlarını mənimsəyir. Sözügedən müəssisələrin fəaliyyətindən heç əsər-əlamət yoxdur. Bir-iki mədəniyyət klubu var ki, onların da fəaliyyəti heçə bərabərdir. Adıçəkilən müəssisələrin konstruksiyası bərbad vəziyyətdədir. Onların əsaslı təmirə ehtiyacı var. Əks halda bir neçə ildən sonra bu müəssisələri yerində görmək mümkünsüz olacaq. O baxımdan mədəniyyət evlərinə dövlət tərəfindən ayrılan vəsaitlər lazımi yerlərə sərf olunmalıdır. Bundan əlavə bəzi mədəniyyət evləri və kitabxanalar arendaya verilərək ordan gələn gəlirlər mənimsənilir. Bütün bunların baş verdiyi Saatlı rayonu Mədəniyyət və Turizm şöbəsinin müdiri Şahpələngova Şərqiyyə xanımın fəailiyyətinin yoxlanılmasının vaxtı çatdığını düşünürük. \\ gundelik.baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.