“Xarici İşlər Nazirliyinin siyahısından xəbərimiz yoxdur ” - FOTO

8-04-2016, 13:18           
“Xarici İşlər Nazirliyinin siyahısından xəbərimiz yoxdur ” - FOTO
“Cəbhə bölgəsində erməni silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində vətəndaşların evlərinin bərpası işləri üçün araşdırmalara başlanılıb”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə agentliyin rəsmisi Elmir Abdullayev deyilib. Agentliyin rəsmisi bildirib ki, son döyüşlər zamanı nə qədər ev dağıdıldığını hələlik heç kim deyə bilməz:

“Hazırda mən oradan gəlirəm. Bununla bağlı briqadalar yaradılıb. Dəymiş ziyan və dağıdılmış evlərin siyahısı tam olaraq hələ bəlli deyil, dəqiqləşdirilir. Bu dəqiqə bütün cəbhəyanı bölgələrdə iş gedir, siyahı tam bəlli olduqdan sonra dağılmış evlərin hər birinə agentlik tərəfindən tikinti materialları paylanılacaq”.

Elmir Abdullayev erməni təxribatı nəticəsində dağıdılmış evlərlə bağlı Xarici İşlər Nazirliyinin açıqladığı siyahıya da münasibət bildirib:

“Xarici İşlər Nazirliyi siyahı hazırlayıb, amma bizim bundan xəbərimiz yoxdur. Onun məsuliyyətini biz daşıya bilmərik. Hələlik, erməni təxribatı nəticəsində tam olaraq dağıdılmış evlərin dəqiq siyahısını heç kim deyə bilməz. Yaxın günlərdə tam və dəqiq siyahı açıqlanacaq. Buna müvafiq olaraq evlərin yenidən bərpasına başlanılacaq”.

Qeyd edək ki, iki gün öncə Xarici İşlər Nazirliyi 2-5 aprel tarixlərində erməni silahlı birləşmələrinin işğal etdikləri ərazilərdən açdığı atəş nəzicəsində dəyən ziyanla bağlı siyahı açıqlayıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.