Rüşvətlə bağlı şikayət: " Xocasən bələdiyyəsi məndən rüşvət istəyir."

11-04-2016, 03:56           
Rüşvətlə bağlı şikayət: " Xocasən bələdiyyəsi məndən rüşvət istəyir."
Məmurların vətəndaşlardan rüşvət tələb etməsi halları haqda dəfələrlə yazılar dərc etmişik.Növbəti şikayət məktubunu teref.aznun poçtuna Xocasən bələdiyyəsinin sədri Anar Abbasovdan şikayət məktubunu teref.aznun poçtuna göndəriblər. Daxil olmuş məktubu sizə təqdim edirik:
Bakı şəhəri Yasamal rayonu Şeyx Məhəmməd Xiyabani küçəsi ev 95 də kirayədə yaşayan Əliyev Səfər Nəsib oğlu tərəfindən

ƏRİZƏ

Bu ərizəmdə yazıb Sizə bildirirəm ki, Binəqədi rayon İcra hakimiyyətinin Mirpaşa adlı işçisi və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov qanunu qaydada aldığımız torpaqın üzərində ev tikmək üçün bizdən 4000 manat rüşvət istəyir.İmkanımız olmadığı üçün onun istədiyi pulu verə bilmədik, buna görə də ev tikməyimizə qanunsuz olaraq icazə vermir və utanmadan polisə bu barədə şikayət edib.Ancaq Binəqədi rayonu Höküməli qəsəbəsində yerləşən həmin 3 sot torpağı sahibindən qanunu qaydada pulumuzu verib almışıq və buna dair sənədlərimiz də var.Həmin sənədlər həyat yoldaşımın adınadır. Qeyd edim ki, həmin ərazidə torpaqları vətəndaşlar bu qaydada satın alıb üzərində ev tikdirmişdilər.Əgər mənim sənədlərimin həmin sənədlərdən bir fərqi varsa buyurub yoxlayıb ondan sonra qadağa qoysunlar.Bunun bir səbəbi və fərqi var ki, ev tikənlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Xocasən bələdiyyəsinin sədri Anar Abbasova istədiyi pulu verib, mənim isə heç bir imkanım yoxdur deyə qanunsuzluqla üzləşmişəm.Evin tikintisini isə qohum-əqraba kömək edir.Uzun illərdi ailəmlə iki azyaşlı uşaqla kirayədə yaşayıram.Özüm Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirakçısıyam.Həyat yoldaşım xəstədir, kirayədə yaşamaqdan zülm çəkirik. Bu korrupsiya cinayəti barədə başda Prezident cənab İlham Əliyev olmaqla, cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qrşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Bələdiyyələırlə İş Mərkəzinin rəisi cənab Mehdi Səlimzadəyə şikayət ərizəsi ilə müraciət etmişəm.Mətbuat vasitəsi ilə də Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edib xahiş edirəm bu korrupsiya faktını yerində yoxlanılıb qanunu tədbir görülməsinə göstəriş verəsiniz.Yoxlanılsın ki, həmin ərazidə tikilən evlərin mənim sənədlərimdən fərqi var ya yoxdur.Belə olanda Binəqədi Rayon İcra Hkimiyyətinin və Xocasən bələdiyyəsinin yaratdıqları korrupsiya şəbəkəsinin cinayət əməlləri üzə çıxacaq.Xahiş edirəm köməklik edin.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
TEREF.İNFO

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.