Bakıda nəqliyyatın intelllektual idarəetməsinə keçməsindən sonra avtobus dayanacaqları dəyişdirildi. Müasirləşdirilən dayanacaqlara monitorlar da yerləşdirildi ki, sərnişinlərin işi bunun sayəsində asanlaşsın.
Gözlənilənlər heç də özünü doğrultmayıb. Belə ki, vətəndaşlar uzun müddətdir ki, dayanacaqlardakı monitorlardan ən yaxşı halda güzgü kimi istifadə edirlər.
Bu sözləri "REAl TV"-yə açıqlama zamanı paytaxt sakinləri də təsdiqləyiblər. Onlar bir ağızdan deyiblər ki, monitorlar fəaliyyətini heç bir halda görmürlər. Halbuki monitorlar sərnişinlərə marşrutların getdiyi yol və gəlmə vaxtları ilə bağlı geniş məlumat verməli idi. Bunun üçün kifayət qədər pul vəsaiti də xərclənmişdi.
Bakıda dayanacaqlarda mövcud olan acınacaqlı durum təkcə monitorlarla bitmir. Belə ki, dayanacaqalrın bəzisində sərnişinlər üçün oturacağa rast gəlinmir. Digər tərəfdən ödəmə terminallarının da bəzisinin fəaliyyətsizliyi diqqətdən yayınmır.