Cahangir Əsgərovun də SÜRƏSİ DOLUB... - İDDİA

13-04-2022, 08:54           
 Cahangir Əsgərovun də SÜRƏSİ DOLUB... - İDDİA
Mərkəzi Bankın rəhbərliyində müşahidə olunan kadr islahatları cəmiyyətdə haqlı olaraq böyük rezonans yaradıb. Bununla bağlı DİA.AZ-a danışan mötəbər mənbə iddia edir ki, prosesin davamı var və durdurulması gözlənilən deyil. Və bu istiqamətdə daha bir iri fiqurun dəyişdirilməsi nəzərdə tutulub.

Mənbənin dia.az-a söylədikləri: "Doğrudur, belə bir qənaət də var ki, əslində baş verənlər dəyişikliklər konkret bir maraqdan irəli gəldiyindən total xarakter almaya bilər. Amma prosesin davam edəcəyi gözlənilir".

Mənbə növbəti hədəflərdən birini də açqlayıb. Məlumata görə, bu dəfə sırada Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovdur. Dia.az-a verilən informasiyada qeyd olunur ki, 72 yaşlı Cahangir Əsgərovun gedişinə tədarük görülür.

Qeyd edək ki, barəsində yerli KİV-də intensiv olaraq neqativ materiallar yayılan Cahangir Əsgərovun gedəcəyi çoxdan proqnozlaşdırılmaqdadır...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru