“Danette”nin satışda olan kiflənmiş məhsulu

14-04-2022, 11:40           
“Danette”nin satışda olan kiflənmiş məhsulu
Binəqədi rayonu Abay Kunanbayev küçəsindəki “Sənan” marketdə satılan “Danette” şirkətinin məhsulu kiflənmiş çıxıb.

Bu barədə Axar.az-a daxil olan vətəndaş şikayətində bildirilib ki, son istifadə tarixi 15 aprel 2022-ci il olduğu halda sözügedən marketdən aldığı “Danette” pudinqi tamam yararsız olub.

Marketdən əməkdaşımıza bildirilib ki, məhsul düzgün qablaşdırılmadığına görə hava çəkib və xarab olub. Vətəndaşa məhsulun pulu geri qaytarılıb.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə saytımıza bildirib ki, eyni halla bağlı quruma çoxsaylı şikayət gəlir:

“Məhsul son istifadə tarixi bitmədən yararsız vəziyyətə düşə bilir. Bu kimi hallar məhsulun saxlanma şəraitinə görə baş verir. AQTA hər zaman xəbərdarlıq edir ki, məhsul istehsal yerindən istehlakçının masasına qədər izlənilməlidir. Daşınması, qablaşdırılması, saxlanılması nəzarət altında olmalıdır. Görünür, sözügedən məhsulun saxlanma şəraiti standartlara uyğun olmayıb. Həmçinin məhsulun istehsal prosesində də nöqsan olduğuna görə bu hal baş verə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru