Sumqayıtla Bakı arasında 40 dəqiqəyə gedişi təmin edəcək dəmir yolları iyunun 5-də istifadəyə veriləcək

10-05-2015, 12:18           

Bakıdan Sumqayıta və əks istiqamətdə 40 dəqiqəyə gediş və gəlişi təmin edəcək baş yollarda əsaslı təmir işləri iyunun 5-də başa çatacaq.

“APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

C. Qurbanov bildirib ki, hazırda təmir işləri davam etdirilir: “Sumqayıtdan Bakıya və əks istiqamətdə avtomobil yolundan gün ərzində 110 min avtomobil, təxminən 200 min insan istifadə edir. Sumqayıtdan Bakıya ali məktəblərə çoxlu sayda tələbə gəlir. Eyni zamanda Sumqayıtdakı zavodlarda Bakıdan çoxlu sayda insan çalışır”.

C. Qurbanov deyib ki, Sumqayıt və Bakı arasında istifadəyə buraxılacaq qatarlarda yeni vaqonlardan istifadə olunacaq: “Bu vaqonlarda kondisioner, İnternet şəbəkəsi də olacaq. İnsanların rahatlığını nəzərə almağa çalışırıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.