Dərmanların qiymətini dövlət tənzimləyəcək

10-05-2015, 18:28           

Azərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən müəyyənləşdirilməsi ilə bağlı görülən işlər artıq son mərhələdədir.

Bunu "Trend"ə Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə bərabər İqtisadiyyat və Sənaye Nazirliyi də çox aktiv fəaliyyət göstərir.

E.Ağayevin sözlərinə görə, hər iki nazirliyin dərmanların qiymətinin dövlət tərəfindən müəyyənləşdirilməsi ilə bağlı birgə hazırladığı qaydalar artıq Nazirlər Kabinetinə təqdim olunub: “Artıq son mərhələdir. Qaydalar təsdiq olunduqdan sonra qısa müddətdə dövlət qeydiyyatından keçmiş dərman preparatlarının qiymətinə nəzarət həyata keçiriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru