Elnarə 200 min xərcləyib Şamaxıya su çəkdirdi

10-05-2015, 23:38           

Muğam ifaçısı Elnarə Abdullayeva 200 min manat pul xərcləyərək Şamaxının kəndinə çəkdirdiyi 12 bulağın açılışını edib.


Qafqazinfo”nun məlumatına görə, açılış mərasimində xanəndə ilə yanaşı Qobustan Rayon İcra nümayəndələri, xalq artisti Alim Qasımov, kənd sakinləri və jurnalistlər iştirak edib.

Təəssüratlarını bölüşən Abdullayeva xoşbəxt olduğunu bildirib:

“Uzun müddətdir ki, bu günü gözləyirdim. Allahın köməkliyi ilə kəndimizə su çəkdirdim. Çox xoşbəxtəm. Əslində, bu haqda heç yerdə açıqlama vermək istəmirdim. Məscid tikdirəndə yaxınlarıma tapşırdım ki, heç yerdə məscid tikdirdiyimi deməsinlər. Bu dəfə qardaşım dedi ki, sənin bu addımın bir dəvətdir. Kimlərsə sənə baxıb belə bir addım ata bilər. Allahdan nə istədimsə, mənə qismət etdi. Allahıma minnətdaram”.

Xalq artisti Alim Qasımov jurnalistlərə açıqlamasında xanəndənin böyük addım atdığını bildirib: “Hər kəs xeyirxah işlər görmək istəyir. Elnarənin atdığı addım böyükdür. Su saflıqdır, təmizlikdir. Kəndə bulaq çəkdirməyi də Allah Elnarəyə qismət edib. Fəxr edirəm ki, həmkarımız belə bir xeyirxah iş görüb. Bu bulaqlar Elnarə bulaqları olaraq tarixə düşsün. Bir daha təbrik edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru