Təfəkkür Universitetində diplom bazarı açılıb

12-05-2015, 11:55           
Təfəkkür Universitetində diplom bazarı açılıb
Rektorun təlimatı ilə tələbələrə verilməli olan diplomlar üçün 5000 manat istənilir

Təfəkkür Universitetində tələbələrlə rektorluq arasında daha bir qalmaqal baş qaldırıb. Bu barədə JAM.AZ-a verilən məlumata görə, qalmaqala səbəb sonuncu kurs tələbələrindən diplom müqabilində külli miqdarda pulun tələb olunmasıdır.

Məlumatda deyilir ki, universitetin rektoru Müşfiq Atakişiyevin təlimatına əsasən ötən il 2500-3000 manat müqabilində alınan diplomların qiymətləri iki dəfə qaldırılıb. Hazırda diplom sahibi olmaq istəyən tələbələrdən 5000 manat tələb olunduğu vurğulanır.

Maraqlı məqam odur ki, Müşfiq Atakişiyevin adamları ali təhsil ocağında əsl bazar açıblar. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, tələbələr fakültələri üzrə dekanlarına müraciət edərək, diplom üçün tələb olunan məbləğin aşağı salınmasını xahiş edirlər. Amma universitetdə onlara bildirirlər ki, üz vurmasınlar, «Çünki aşağı yeri yoxdur».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru