BMT rəhbəri: “Biz təbiətə ayaqyolu kimi yanaşırıq”

9-12-2022, 10:44           
BMT rəhbəri: “Biz təbiətə ayaqyolu kimi yanaşırıq”
“Bəşəriyyət kütləvi qırğın silahına çevrilib. Artıq hökumətlər “məhv orgiyasını” dayandırmalıdır”.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin Bioloji Müxtəliflik Konfransında çıxışında bəyan edib.

“Nəzarətsiz iqtisadi artıma olan hədsiz iştah bəşəriyyəti kütləvi qırğın silahına çevirdi. Biz təbiətə ayaqyolu kimi yanaşır və özümüz özümüzü məhv edirik”, - deyə Quterreş bildirib.

O, meşələrin qırılması və səhralaşmanın ekoloji sistemlərə mənfi təsirini, eləcə də suyun, havanın və torpağın insan sağlamlığına zərərli maddələrlə çirklənməsini xatırladıb.

Baş katibin sözlərinə görə, dayanıqsız istehsal və istehlak emissiyaların kəskin artması, quru, dəniz və havanın deqradasiyası ilə nəticələnəcək. Quterreş ekologiya probleminin həlli üçün tədbirlərin görülməsini zəruri hesab edir. O, mümkün variantlar arasında ətraf mühitin mühafizəsi üzrə genişmiqyaslı milli fəaliyyət planlarının yaradılmasını, ekoloji layihələrin subsidiyalaşdırılması proqramları, yerli xalqların və yerli icmaların hüquqlarının tanınmasını sadalayıb.

Mənbə: diariolibre.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru