Maye qaza tələbat artdığı üçün yanacaqdoldurma məntəqələrində növbələr yaranıb

12-12-2022, 00:08           
Maye qaza tələbat artdığı üçün yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
Biləsuvarda maye qaza tələbat artdığı üçün yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.

"Report"un yerli bürosuna rayon sakinləri bildirib ki, dekabrın 13-15-də 3 gün müddətinə Biləsuvarda təbii qazın verilişi dayandırılacağı üçün məntəqələrə axın ediblər.

Onların sözlərinə görə, rayon ərazisində cəmi iki maye qazdoldurma məntəqəsi var ki, onların birində yanacaq bu gün günorta saatlarında bitib. Digər məntəqədə isə uzun növbə var.

Qeyd edək ki, dövlət proqramı çərçivəsində təbii qazın həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün "Astara-Qazməmməd" magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə 3 gün rayonda qaz olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru