İstehlakçı işbazlar tərəfindən görün necə aldadılır... - FOTOLAR
28-05-2016, 00:29
Eyyub Hüseynov: “10 milyona yaxın adamı necə aldatmaq Milli Məclis səviyəsində qanuniləşdirilib”
Yay mövsümü gəldiyindən sərinləşdiriçi içkilərə tələbat artıb. Bəzi işbazlar isə bundan istifadə edərək əhalini aldadır. Bu gün satış mərkəzlərində və ticarət obyektlərində vaxtı keçmiş sərinləşdiriçi içkilərə rast gəlinir. Buna örnəy “Şah dağ” limonadını göstərmək olar. Görəsən, aidiyyatı dövlət qurumları standartlara cavab verməyən məhsulun bazara yol tapmasına niyə göz yumurlar?!
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hurriyyet.org-a açıqlamasında bildirdi ki, hazırda “Şah dağ” limonadı adı altında bazara çıxarılan sərinləşdiriçi içki “Efes” butulkalarına doldurulubsa, eləcə də üzərində istehsalçı haqqında məlumat yerləşdirilməyibsə, deməli, bu adi sudur və krandan doldurulub: “Nəticədə istehlakçının hüquqları kobud şəkildə pozulub. Məhsulun saxlanma qaydalarına gəlincə, sərinləşdiri içkini yalnız təmiz halda, 18-20 dərəcə temperaturda bir ilə qədər saxlamaq olar. Bundan başqa, həmin butulkalar əhali tərəfindən istifadə olunaraq ətraf mühitə atılıb. Xüsusi avadanlıqların köməyilə tam sterilizə olunduqdan sonra bu butulkalardan istifadə etmək olar. Əks halda bu ciddi xəstəliklərin yayılmasına yol aça bilər”.
Onun sözlərinə görə, hazırda sahibkarlar hökumətin onlara yaratdığı münbit şəraitdən sui-istifadə edirlər: “Bu gün biznesmenlər toxunulmazlıq sferasında yaşayırlar. İstehlakçıların hüquqlarının pozulması faktları isə sürətlə artır. Buna isə hökümətin sərt siyasəti yol açır. Belə ki, Milli Məclis səviyyəsində qanuniləşdirilib ki, azərbaycanlı istehlakçını, yəni 10 milyona yaxın adamı necə aldatmaq olar. İstehlakçını 40 AZN-ə qədər aldatmaq cinayət sayılmır. Milli Məclis bununla bağlı ciddi islahatlar aparmalıdır. Eyni zamanda bazara nəzarəti həyata keçirən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, eləcə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu işdə seyrçi mövqe tuturlar”.