Zərdab rayonundan prezidentə müraciət:"Bu gün Zərdab rayonunda sosial yardım almaq üçün ya pulun olmalıdır yada adamın. "
28-05-2016, 09:18
teref.aznun poçtuna daxil olan bir ananın, bir vətəndaşın kömək fəryadını sizə təqdim edirik:
Azərbaycan Republikasının prezidenti cənab İlham Əliyevə
Sürəti: Əmək və Əhalinin Sosial Mudafiəsi naziri cənab Səlim Müslümova
Sürəti: Əmlak Məsələləri Üzrə Dövlət komitəsinin sədri cənab Kərəm Həsənova
Zərdab rayon Çallı kənd sakini Kərimova Billur İbrahimxəlil qızı tərəfindən
Ə R İ Z Ə
Cənab prezident ünvanlı sosial yardımla bağlı rayon notarusundan aldığım ərizəni və pay torpağının aktını elektrona teqdim edəndə məndən sunun şifrəsini istədilər.Mən DSMF-nin Zərdab rayon şöbəsinə bununla bağlı müraciət edəndə onlar mənə bildirdilər ki, ataniz rəhmətə getdiyi üçün çıxarış almalısınız .Çıxarış almaq üçün Daşınmaz Əmlak Dövlət Reystir Xidmətinin Zərdab rayon şöbəsinə müraciət etdim .Reystir xidmətindən mənə 30 manat filan yerə, 70 manat filan yerə,filan qədər filan yerə pul köçürməli olduğumu bildirdilər.Bunların dediyi ilə mən 400 manat rusum ödəməliyəm.Mənim bu 400 manat rusumu ödəməyə gücüm çatırsa niyə görə sosial yardım almaq üçün müraciət edirəm. Cənab prezident ailəmdən boşanmışam.Öhdəmdə bir azyaşlı uşaq var.Bu uşağa görə ayda 50 manat aliment alıram.Heç bir yerdə işləmirəm.Mən 8 ay ac-susuz qalmalıyam ki,400 manat rusumu ödəyim.İşıq pulumuda qardaşım verir.Qaz pulu verməyə gücüm çatmadığına görə qaz çəkdirməmişəm.Odun yandırıram. Qardaşım Bəhlul Kərimov Zərdab rayon Əhalinin Sosial Yardım Mərkəzinin direktoru Canpolad Vəliyevə kömək etməsi üçün müraciət edəndə bizə aidiyyatı yoxdur bizlik deyil cavabı olmuşdur. Zərdab rayonunda sosial yardım alanların siyahısı ilə maraqlanan olsa siyahida çox sayda imkanlı olduğu ortaya çıxacaq.Nahaq yerə Zərdab rayon Əhalinin Sosial Müdafiə mərkəzini Zərdab sakinləri sahibkarlara sosial yardım fondu adlandırmırlar.Bu gün Zərdab rayonunda sosial yardım almaq üçün ya pulun olmalıdır yada adamın. Rayonda üç idarə DSMF-unun Zərdab rayon idarəsi,Əhalinin Sosial Müdafiəsi mərkəzi və daşınmaz Əmlak Dövlət Reystir Xidmətinin Zərdab rayon şöbəsi mənim kimi imkansiza kömək etmək istəmirlər,ona görədə ümüdüm sizədir tam imkansızam,heç bir yerdən köməyim yoxdur,xahiş edirəm mənə köməklik edəsiniz,sosial yardım almaq üçün mənə lazım olan köməkliyin göstərilməsinə tapşırıq verəsiniz.
Qardaşım Bəhlul Kərimovun telefon nömrəsi:051-524-97-42
Adları çəkilən hər bir qurumun fikirlərinə yer vereməyə hazırıq!
teref.az