Kirayə ev verənlər nə qədər vergi ödəməlidir? - Nazirlikdən açıqlama

28-05-2016, 17:16           

Kirayə evlərdən 22 faiz vergi tutulması ilə bağlı iddialar doğru deyil.

teref.az xəbər verir ki, bunu ans press-ə Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov bildirdi.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə isə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Mənzil kirayəsi müqaviləsinin tərəfləri fiziki şəxslər olduğu halda kirayə haqlarından verginin hesablanması və ödənilməsi aşağıdakı qaydada həyata keçirilir:

Mənzili kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olduğu halda (VÖEN-i olduğu halda) mənzili kirayəyə verən fiziki şəxsə ödədiyi icarə haqqından 14 faiz dərəcə ilə vergi tutmalı və həmin məbləği dövlət büdcəsinə ödəməlidir. İcarə haqqından vergi ödəyən fiziki şəxs vergi orqanına rüblük ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim etməlidir. Kirayəyə verənin əldə etdiyi gəlirdən ödəmə mənbəyində vergi tutulduğu üçün onun həmin gəlirindən vergi tutulmur.

Mənzili kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olmadığı halda mənzili kirayəyə verən fiziki şəxs vergi orqanında uçota alınaraq VÖEN əldə etməli və ona ödənilən icarə haqqından xərclər çıxılmadan 14 faiz dərəcə ilə vergini hesablayıb dövlət büdcəsinə ödəməlidir. İcarə haqqından vergi ödəyən fiziki şəxs icarə haqqı gəlirlərini əldə etdiyi ildən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Mənzili kirayəyə götürən diplomatik agent, konsulluq qurumu əməkdaşları və ya onlarla birgə yaşayan ailə üzvləri olduğu və kirayə haqqından ödəmə mənbəyində vergi tutulmadığı halda, müvafiq olaraq 1961-ci il 18 aprel tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının 35-ci və 1963-cü il 24 aprel tarixli “Konsulluq əlaqələri haqqında” Vyana Konvensiyasının 52-ci maddələrini nəzərə alaraq kirayəyə verən vergi uçotuna alınıb kirayə haqqından vergini özü ödəyir.

Fiziki şəxs mənzili hüquqi şəxsdən kirayəyə götürdüyü halda isə kirayəyə götürən fiziki şəxsin vergi orqanında qeydiyyatda olub-olmamasından asılı olmayaraq hüquqi şəxsə ödədiyi kirayə haqlarından ödəmə mənbəyində vergi tutulmur. Hüquqi şəxs əldə etdiyi həmin kirayə haqlarından 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir.

Nazirlikdən onu da bildirdilər ki, kirayə verən bu vergini ödəməkdən yayınıbsa, həmin şəxsə qarşı cərimələr və ya sanksiyalar tətbiq oluna bilər.

“Belə ki, mənzilini kirayəyə verən və vergi ödəyicisi kimi qeydiyyata durmağa borclu olan vətəndaş, habelə ödədiyi kirayə haqqından ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxs vergi ödəməkdən yayındığı halda ona aşağıdakı məsuliyyət tədbirləri tətbiq oluna bilər:



Bir müddət əvvəl saytlar Nazirlər Kabinetinin müvafiq qərarından sonra mənzillərini kirayəyə verən şəxslər təlimata uyğun olaraq fiziki şəxs kimi VÖEN açdırmalı və 22 faiz civarında vergi ödəməsi haqqında xəbər yazmışdılar. Orada, hətta, mənzillərin siyahıya alınmasının yerli icra hakimiyyətlərinin göstərişi ilə sahə polisi tərəfindən həyata keçirildiyi də vurğulanmışdı. Lakin məlum oldu ki, icra orqanları bu məsələdə iştirak etmir. Kirayə evlər bir başa Vergilər Nazirliyinin nümayəndələri tərəfindən təyin edilir.

Hazırda Bakıda yaşayanların təxminən 30 faizi kirayə qalır. Bakıda mənzillərin orta kirayə haqqı isə 300-1000 manat arasında dəyişir. Bu isə il ərzində əldə olunan gəlir baxımından kiçik qazanc hesab edilmir. Odur ki, ümumi hesablamada ev sahiblərindən vergi tutulmasından büdcəyə xeyli vəsait daxil ediləcəyi güman edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.