Azərbaycanda ödəmə terminalları vasitəsilə dövlət rüsumlarının ödənişi dayandırılıb

29-05-2016, 12:10           

Azərbaycanda "Modenis" şirkəti (eManat terminallar şəbəkəsinin sahibi) ödəmə terminalları vasitəsilə dövlət rüsumlarının ödənişini dayandırıb. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Hazırda vergi rüsumları və dövlət sosial sığorta üzrə ödəmələrlə əlaqədar ödənişlər edilməsi mümkün deyil.

Şirkətdən bildiriblər ki, həmin ödəmələrin həyata keçirilməsi maliyyə məsələsi ilə əlaqədardır: "Hazırda ödəmələrin bərpa edilməsi üzrə danışıqlar aparılır. Yaxın aylar ərzində bunun yenidən mümkün olacağı istisna edilmir".

Hazırda ödəmə terminalları vasitəsilə Xırdalan şəhəri, Bakının Nəsimi, Yasamal, Nizami, Sabunçu rayonları üzrə bələdiyyə vergilərinin qəbulu həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru