Azərbaycanın dövlət borcu açıqlanıb

15-07-2023, 19:33           
Azərbaycanın dövlət borcu açıqlanıb
Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 151 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,5 %-i qədər olub.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun 11 180,7 milyon manatı və yaxud 6 576,9 milyon ABŞ dolları xarici, 4 970,3 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-nin müvafiq olaraq 10 %-i və 4,5 %-i qədərdir.

Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat dövrünə dövriyyədə olan dövlət istiqrazlarının 28,5 %-i 1 illik, 54 %-i 2 və 3 illik,17,5 %-i isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.