200-dən çox ailənin yaşadığı qəsəbənin işıq problemi nə vaxt həll olunacaq? - VİDEO

17-07-2023, 12:44           
200-dən çox ailənin yaşadığı qəsəbənin işıq problemi nə vaxt həll olunacaq? - VİDEO
Qəbələnin Vəndam qəsəbəsində elektrik xətləri yararsız vəziyyətdə olduğundan 200-dən çox ailəni elektrik enerjisi ilə tam təmin edə bilmir.

Sakinlər deyirlər ki, elektrik avadanlıqlarından da istifadə edə bilmirlər.

Hətta işıq dirəklərinin bəzilərinin sıradan çıxması da təhlükə mənbəyidir.

Qəbələ Elektrik Şəbəkəsinin mühəndisi Gümrah Aydəmirov bildirdi ki, qəsəbənin 80 faizi, yəni 2700-dən çox abonentin yaşadığı ərazidə yenidənqurma işləri başa çatıb. Sözügedən ərazi qəsəbənin ən son yaşayış məntəqəsidir ki, hazırda orada iş davam edir. Təkcə son həftədə 40-dan çox dirək basdırılıb.
“Ərazidə gərginliyin normalaşdırılması üçün transformatorun da qoyulması nəzərdə tutulub”, - deyə Qəbələ Elektrik Şəbəkəsinin mühəndisi vurğulayıb.

Daha ətraflı “Xəzər” TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru