Nazirin saysız-hesabsız təamlardan ibarət səhər yeməyi - BU DA BELƏ ÇIXDI...

17-07-2023, 16:04           
Nazirin saysız-hesabsız təamlardan ibarət səhər yeməyi - BU DA BELƏ ÇIXDI...
Azərbaycanın yeni mədəniyyət naziri Adil Kərimli də sosial şəbəkələrin gündəminə gəlib.

TEREF.AZ bildirir ki, Gununsesi.info-nun xəbərinə görə, yeni nazir bir qrup media quruluşunun rəhbəri ilə səhər yeməyində görüşüb.

Jurnalist Eynulla Fətullayevin görüşdən paylaşdığı fotoda masa diqqəti çəkib.

Belə ki, nazirin qarşısında saysız-hesabsız təamlardan ibarət səhər yeməyi sosial şəbəkələrdə nazirə qarşı tənqidlərə səbəb olub.

Buna cavab olaraq isə Eynulla Fətullayev “Nə var ki masada? Üç blinçik, meyvə və 2 sosiska” deyə replikalara reaksiya verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru