NİDA XƏBƏRZiyadan doğdu, Xəlillə görüşə bilmədi deyə boğdu - Arsız "ana"nın CİNAYƏT və CƏZAsı
17-07-2023, 17:12

Bakı Ağır Cinayətlər Məhkəməsində 1 yaşlı körpəsini qətlə yetirməklə təqsirləndirilən 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevaya hökm oxunub.
TEREF.AZ publika.az-a istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib. Hökmə əsasən, Nərgiz Bağıyeva 14 il müddətə azadlıqdan məhrum edilib.
Məhkəmədə qətlin təfərrüatları ortaya çıxıb.
İttihama görə, qətl ötən ilin sentyabrın 10-da Hövsan qəsəbəsində törədilib.
Belə ki, Nərgiz 2021-ci ildə əvvəllər narkotik maddəsinə görə həbs olunmuş Ziya adlı bir oğlanla tanış olub. O, 2021-ci ildə Ziyadan hamilə qalıb və Yusif adlı oğlu dünyaya gəlib. Uşaq doğulmazdan əvvəl Nərgiz Ziyadan ayrılıb və Ziya 2021-ci ilin mart ayında yenidən narkotik maddəsi ilə həbs olunub. Qadın 7-8 aylıq hamilə olanda Hövsanda yerləşən və balıqçı dükanında işləyən Xəlil adlı bir oğlanla tanış olub. Nənəsi Leyla əvvəllər Yusifi istəməsə də, son vaxtlar uşağı qəbul edərək ona öyrəşib. Lakin körpənin anası Nərgiz Yusifə baxmaqdan bezib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ifadəsində bildirib ki, o digər kişilərlə münasibətlərinə mane olması səbəbindən Yusifi öldürməyi çoxdan fikirləşib:
“Özümə baxa bilmirdim, Xəlillə görüşməyə də vaxt ayıra bilmirdim. Yusifi aparıb uşaq evinə qoymaq istəsəm də, anam Leyla buna razılıq verməyərək özünün uşağa baxacağını dedi.”
2022-ci il sentyabrın 10-da saat axşam saat 8 radələrində Nərgiz 10 aylıq Yusif ilə birlikdə evdə tək qalarkən Yusifi öldürmək qərarına gəlib. Bu məqsədlə qadın evdə əvvəlcədən az miqdarda süd olduğundan həmin südə “Hidrogen Peroksid” məhlulunun yarısını töküb və Yusif ölməyəcəyi halda, yarımçıq qalan həmin məhlulun qalanını da südə qatıb Yusifə içizdirmək məqsədi ilə dükana gedərək süd alıb. Nərgiz evə qayıdanda Yusif hələ də, sağ olub. Uşağın ağzından köpük gəlsə də, hələ də yaşayıb. Nərgiz qonşuların Yusifin ağlama səsini eşitməməsi və səsinin tez kəsilməsi üçün əlini Yusifin ağız və burnuna tutub. Beləcə o körpəni boğaraq öldürüb.
Daha sonra hüquqi varisin nümayəndəsi, həmçinin təqsirləndirilən şəxsin anası Leyla Bağıyeva ifadə verib.
Onun sözlərinə görə, uşaq dünyaya gələndən sonra Ziya ona baxmayıb: “Restoranda xadimə işləyirdim. Körpə vəfat etməmişdən 2 saat əvvəl mənim yanımda idi. Onu mən saxlayırdım. Yusifi demək olar ki, hər gün özümlə işlədiyim restorana aparırdım. Hadisə baş verən gün də Yusifi restorana aparmışdım. Həmin gün Nərgiz yanıma gəlib dedi ki, “evdə təkəm, darıxıram, uşağı ver mənə aparım evdə biraz oynadım, uşağımla vaxt keçirim”. Dedim baxa bilməyəcəksən, mən gələndə gətirərəm. Nərgiz isə təkidlə istədi, apardı özüylə. Bu hadisədən sonra bildim ki, Nərgiz Yusifi evə apardıqdan sonra uşağın südünə perekis qatıb və sonra körpə uşağa həmin südü içizdirib. Uşaq perekisi içdikdən dərhal sonra ölməyib. Lakin sonradan Nərgiz uşağa nə edibsə, uşaq ölüb.”
Leyla Bağıyevanın sözlərinə görə, o özü dünyaya uşaq gətirmək üçün neçə illər müalicə alıb və həmin müalicələr nəticəsində Nərgiz dünyaya gəlib:
“Nərgiz mənim neçə illər ərzində zülm çəkdiyimi, uşaq həsrəti çəkdiyini bilirdi. Buna baxmayaraq, Nərgiz öz uşağının başına bu oyunu açdı. Bilirdim ki, əgər Yusifi Nərgizə versəm, Nərgiz uşağa hansısa zərər yetirəcək, ona görə də çox vaxt uşağı Nərgizə vermirdim. Uşaq 2 saatın güdazına getdi.”