Kamal Abdulla professorudan şikayət edib...

18-07-2023, 11:04           
Kamal Abdulla professorudan şikayət edib...
İTTİHAM
Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
Gör bu gеrçək aşiqi sərpa soyarlar ağrımaz
(İ.Nəsimi)
Bu gün Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevin öz vəzifə səlahiyyətlərindən istifadə edərək hazırlatdırdığı və Filologiya fakültəsinin Elmi şurasının üzvlərinin böyük qisminin imzaladığı saxta ittiham irəli sürülmüş şikayət ərizəsinə görə Daxili İşlər Nazirliyinə çağrılmışdım. İzahatımda mənə qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu və bunu mənə qarşı uzun müddət qərəzli münasibət nümayiş etdirən Kamal Abdullayevin mənim onun verdiyi saxta diplomları üzə çıxardığıma görə diqqəti əsas məsələdən yayındırmaq cəhdi olduğunu bildirdim. Çox güman ki, iş məhkəməyə təqdim ediləcək və sözümü orada da deyəcəyəm. Mən yalançı ittihamla mühakimə edilərək həbs cəzası alacağım təqdirdə belə, doğru yolumdan dönməyəcəyəm.
Habib Zarbaliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru