Bulvarda çayın qiyməti ceyranın belinə qalxdı - Turizmi çökdürən acgözlük...

2-07-2016, 10:29           
Bulvarda çayın qiyməti ceyranın belinə qalxdı - Turizmi çökdürən acgözlük...
Bakı Bulvarında yerləşən əksər çay evlərində sadə çay içmək istəyənlərə Xəzərin duzlu suyunu göstərirlər...

Moderator.az - ın verdiyi xəbərə görə, sadə qəndlə çay istəyən müştərilərə çay verilmir. Bulvardakı "Delfin" çay evində olan əməkdaşımıza bildirilib ki, onlarda çayın minimum qiyməti 6 azn - dir. "Rast", "Xəzər", "Palma", "Lalə" kafelərinə də baş çəkən əməkdaşımız burada da eyni mənzərənin şahidi oldu.

Bulvarın mühafizəsi ilə məşğul olan adının çəkilməsini istəməyən əməkdaşsa müxbirimizə bildirib ki, kafelərin sadə çay verməməsi qanunsuzdur. Bulvarın bütün kafeləri 2 azn-ə limonlu sadə çay xidməti göstərməlidilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru