Mənim polisim məni qoruyur!!! - Bu gün onların günüdür

2-07-2016, 11:08           
Mənim polisim məni qoruyur!!! - Bu gün onların günüdür
İyulun 2-də Azərbaycan polisi özünün peşə bayramını qeyd edir. Xatırladaq ki, 1918-ci il iyulun 2-də, Daxili İşlər Nazirliyinin tərkibində, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi kimi məsuliyyətli bir vəzifəni yerinə yetirən polis orqanlarının yaradılmasına başlanmışdır. 1998-ci il mayın 29-da isə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev həmin tarixin Polis günü elan edilməsi barədə xüsusi fərman imzaladı. Bu isə tarixi varisliyin, ədalətin bərpası kimi ən yüksək qiymətə layiq mühüm bir addım idi. Polis orqanları qısa zaman kəsiyində ictimai-siyasi sabitliyin və dövlətin, xalqın təhlükəsizliyini qorumağa qadir olan layiqli bir quruma çevrildi.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin simasında da hiss edir.

Bu gün Azərbaycan polisi böyük əzmkarlıq nümayiş etdirərək ölkədəki stabilliyin qorunmasında mühüm rol oynamaqdadır. Bu isə neft və müsəlman ölkəsi olan Azərbaycan üşün olduqca vacib və mühüm məqamdır.

Biz də öz növbəmizdə cənab nazir Ramil Usubov başda olmaqla bütün polis işçilərini peşə günləri münasibətilə təbrik edirik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.