TQDK nəticələrini açıqladı - 36 nəfər imtahandan xaric edilib

2-07-2016, 11:28           
TQDK nəticələrini açıqladı - 36 nəfər imtahandan xaric edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 30-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

TQDK-dan verilən məlumata görə, imtahanın nəticələri qurumun internet saytında yerləşdirilib.

9-cu sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 24268 şagirddən 399 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib. İştirakçılardan 30 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

11-ci sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 20954 şagirddən 356 nəfəri imtahana gəlməyib. 34 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib. İştirakçılardan 41 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru