Ata sosial yardım kəsildiyinə görə üç övladını sığınacağa yerləşdirdi - Azərbaycanda

7-04-2024, 00:03           
Ata sosial yardım kəsildiyinə görə üç övladını sığınacağa yerləşdirdi - Azərbaycanda
Azərbaycanda atanın üç övladını sığınacağa yerləşdirdiyi iddia edilir.

Bu barədə “Qadın və Uşaq Sığınacağı” Təşkilatının sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında yazıb.

Mehriban Zeynalovanın sözlərinə görə, ata uşaqlara ayrılan sosial yardımın kəsilməsini səbəb gətirərək onları sığınacağa gətirib.

“Ata uşaqlara alınan aylıq yardım kəsildiyindən övladlarına artıq baxmaq istəmədiyini bildirib”, - deyə Mehriban Zeynalova əlavə edib.

Mehriban Zeynalova atanın övladlarına görə hədə səsləndirdiyini də bildirib:

“Ata, əgər uşaqları kimsə evə qaytarsa, övladlarını balkondan atacağı ilə hədələyib. Hazırda uşaqlar sığınacaqdadırlar və anaları sığınacağa qoyulduqdan sonra bir dəfə baş çəkmək üçün gəlib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru