Pensiyaçılara əlavə 200 manat veriləcəkmi? - RƏSMİ AÇIQLAMA

7-04-2024, 00:04           
Pensiyaçılara əlavə 200 manat veriləcəkmi? - RƏSMİ AÇIQLAMA
Pensiyaçalara maddi yardım verilməsi məsələsinə aydınlıq gətirilib.

Bu barədə DOST TV-nin canlı yayımında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

"2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi. 2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən məbləği pensiyalara daxil edildi. Həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənilir. Sosial ödənişlərdə artımlar ola bilər. Bunu indi dəqiq demək çətindir. Vətəndaşlara dövlətin dəstəyi davamlı şəkildə gücləndirilir", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru