Goranboy sakini evini satdı: Sosial yardımı DAYANDIRILDI - VİDEO

7-04-2024, 13:08           
Goranboy sakini evini satdı: Sosial yardımı DAYANDIRILDI - VİDEO
İki uşaq anası olan qadın sosial yardım ala bilmir.

Xezerxeber.az-ın məlumatına görə, Goranboyun Dəliməmmədli şəhərində yaşayan İradə Abbasova dörd il dövlətin ayırdığı sosial yardımı alsa da, bu ildən artıq dayandırılıb.

Bunun səbəbi isə qadının yaşadığı evi satması və aidiyyəti orqanı məlumatlandırmaması göstərilib.

İ. Abbasova öhdəliyində olan iki övladının anadangəlmə xəstəlikləri olduğunu, hər üç aydan bir onları müalicə etdirmək üçün paytaxta getməli olduğunu bildirir.

Evini də uşaqların xəstəliyinə görə pul lazım olduğu üçün məcbur satdığını deyir.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) məsələyə aydınlıq gətirib.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru