“Zeytun Pharma” sertifikasiyadan kəsilən tibb işçiləri çalışdırır – Məhkəmə

13-06-2024, 12:38           
“Zeytun Pharma” sertifikasiyadan kəsilən tibb işçiləri çalışdırır – Məhkəmə
Sabiq Səhiyyə naziri Oqtay Şirəliyevə məxsus “Zeytun Pharma” MMC növbəti dəfə qaydaları pozduğu üçün cərimələnib.

Tribunainfo.az xəbər verir ki, “Zeytun Pharma” İnzibati Xətalar Məcəlləsinin epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
MMC ilə bağlı işə 14 iyun tarixində Sumqayıt Apellyasiya Məhkəməsində Baxılacaq. İş hakim Rəşadət Ağayevin icraatındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru