Travmatologiya İnstitutu bir ildə eyni şirkətlə iki dəfə anlaşıb: 1.8 milyonluq “jest”

22-10-2024, 12:20           
Travmatologiya İnstitutu bir ildə eyni şirkətlə iki dəfə anlaşıb: 1.8 milyonluq “jest”
Elmi Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu eyni şirkətlə bir ildə iki dəfə anlaşma əldə edib. Tribunainfo.az xəbər verir ki, söhbət tenderdən gedir.
Belə ki, dünən açıqlanan nəticələrə əsasən sözügedən institut dərman sarğı materiallarının (endoprotezlərin) satınalınması müsabiqəsinə yekun vuraraq, “ALFAMED LTD” MMC ilə satınalma müqaviləsi imzalayıb. Bu mqəsədlə şirkətə 1.199.175 manat ödəniləcək.
Tribunainfo.az-ın araşdırmalarına görə, ötən ilin 3 noyabrında da anloji tender müsabiqəsinin qalibi adıçəkilən şirkət olub. Sadəcə, bu ildən fərqli olaraq, 2023-cü ildə Elmi Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu ilə “Alfamed Ltd” MMC 633 908 manata anlaşıblar.
Qeyd edək ki, “Alfamed LTD” şirkəti 2003-cü ildə yaradılıb. Hüquqi ünvanı Nəsimi rayonu, Qulu Quliyev kuc. 41 olan şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi isə Kübra Əliyevadır.
Dəqiqləşdirmələr zamanı o da məlum olub ki, sözügedən şirkət bir neçə dəfə vergi qalmaqalına qarışıb. Hətta 2016-cı ildə Kübra Əliyevaya vergi borcu olması səbəbindən ölkədən çıxış yasağı qoyulubmuş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru