Sabirabad RMX-ındakı ana ölümləri genefondumuza vurulan zərbədir - MÖVQE

28-10-2024, 12:25           
Sabirabad RMX-ındakı ana ölümləri genefondumuza vurulan zərbədir - MÖVQE
Sabirabadda yenə doğuş zamanı ana ölümü qeydə alınıb. Rayonun Qalağayın kəndinin sakini, 24 yaşlı Zamanova Zəhra körpəsini dünyaya gətirdikdən sonra vəfat edib. Hadisə Sabirabad Rayon Mərkəzi Xəstəxanası doğum şöbəsində baş verib.
Artıq neçənci dəfədir Sabirabaddan ana ölümü haqqında xəbər alırıq. Yaxın keçmişdə ana, uşaq ölümü çox nadir hallarda baş verirdi. İndi elə bil adi hala çevrilib. Əsas da Sabirabadda. Respublikanın ən böyük rayonlarından birində. Sabirabad RMX-nin direktoru Həsən Hüseynov işə savadsız, işə yararsız adamları yığanda belə də olmalı idi. Bu xəstəxananın indisi, keçmişi haqqında yazılarım çox olub. Bütün cəhətləri yazıb bildirmişəm.
Yayılan videolarda mərhumənin doğmalarının xəstəxananın qarşısında necə fəryad etdiklərini görürük. Danışıqlarından məlum olur ki, həkimlərdən birinin adı Gültacdır. Deyilənə görə cərrah Mehriban Yunusovanın da bu işlərdə iştirakı var. Həsən doktor ilk ölüm hadisəsindən sonra tədbir görməli idi. Nəyə görəsə heç nə etməyib. Edibsə də ictimai əks-səda yaratmış hadisə barədə cəmiyyət də xəbərdar olunmalı idi. İndiyə kimi baş vermiş ana ölümü faktları barədə açıqlama versinlər.
Yadıma Türkiyədə olmuş oxşar hadisə düşdü. Orada bir klinikada anaların, uşaqların zəhərlənməsi halları olurdu. Yəni nəslin gələcəyinə yönəlmiş əsl terror. İndi bizdə də Sabirabad RMX-nin timsalında oxşar əməllər törədilir. Sovet zamanı Azərbaycandakı doğum şöbələrində işləyən bəzi erməni tibb işçilərinin uşaq ölümü, zəhərlənməsi əməlləri ilə məşğul olduqları sonradan məlum olmuşdu. Həsən doktor, sizin əməkdaşlarınızın fəaliyyəti də ermənilərdən geri qalmır. Bu birbaşa millətin genefonduna bağlı amildir. Məsuliyyətinizi anlaya bilmirsiniz?
Sima Babayeva
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.