Gürcüstanda ilk dəfə olaraq kütləvi formada elektron səsvermə tətbiq edilib

29-10-2024, 10:58           
Gürcüstanda ilk dəfə olaraq kütləvi formada elektron səsvermə tətbiq edilib
Gürcüstanda iki gün öncə baş tutan parlament seçkilərdə 90% seçici elektron formada səs verib. Bu forma son iki ildə pilot qaydada reallaşdırılırdı.
Amma bu seçki forması, internet üzərindən, onlayn səsvermə anlamına gəlmir.
Gürcüstanın elektron səsvermə sistemi seçicilərin oflayn olaraq məntəqədə elektron terminalla təmin edilərək səsverməsini, səslərin avtomatik olaraq hesablanmasını və nəticələrin dairə və mərkəzi sistemə ötürülməsini nəzərdə tutur.
Məntəqələrdə səs vermək üçün nəzərdə tutulan elektron cihazların internetə bağlantısı yoxdur, oflayn rejimdə işləyir.
Seçici məntəqəyə gəlir, elektron şəxsiyyət vəsiqəsindən istifadə edənlər elektron formada, digərləri isə oflayn formada qeydiyyatdan keçirlər.
Seçici ona təqdim edilən terminalda namizədlərin siyahısını görür və səsverməni icra edir. Səsvermə bitdikdən sonra səslərin qəbul edildiyi təsdiqlənir və cihaz səsləri avtomatik hesablayir.
Səsvermə başa çatdıqdan sonra bu məlumatlar yuxarı komissiyalara ötürülür.
Maraqlıdır ki, ənənəvi büllütenlərdə səsverənlərin səslərinin sayı da əl ilə sayılmır, bülletenlər xüsusi skanerlər vasitəsilə rəqəmsal formata keçirilir və avtomatik olaraq hesablanır.
Elektron səsvermə terminallarının birinin qiyməti təminən 5 min $-dır, xarici istehsaldır. Gürcüstan beynəlxalq təşkilatların (USAİD, İRİ, İFES) dəstəylə bu cihazları əldə edib .
Bir neçə gün öncə keçirilən parlament seçkilərində məntəqələrin böyük əksəriyyətində, təxminən 90%-də elektron səsvermə terminalları yerləşdirilib.
MSK elektron səsvermə keçiriləcək məntəqələri öncədən müəyyən edir. Bununla bağlı geniş izahat işləri aparılıb.
Yeri gəlmişkən, xatırladıram ki, Gürcüstanda iki gün öncə keçirilən seçkilərldə seçki prosesləri əsasən rəqəmsallaşdığından MSK seçki bitən anda, dərhal ilkin nəticələri elan edib, iqtidarın seçki bloku “Gürcü Arzusu” 54%, müxalifət isə təxminən 37% əldə edib.
Müxalifət bununla razılaşmayıb. Seçkinin saxtalaşdırıldığını, nəticələri tanımadığı elan edib.
Maraqlıdır ki, müxalifətin saxtalaşdırma ilə bağlı irəli sürdüyü arqumentlər içərisində texnologiya ilə əlaqəli məqamlar gözə dəymir.
Yəni müxalifər saxtalaşdırmanın səsvermə cihazları və ya digər texnoloji məsələlərlə əlaqəli deyil, inzibati resurslar və seçicilərə təsir etməklə həyata keçirildiyini iddia edirlər.
Gürcüstanın seçki proseslərini rəqəmsallaşdırması, səsvermə prosesində innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməsi yetərincə diqqət cəlb edəndir.
Ümid edirəm bizim MSK və İRİA da qarşıdakı seçkilərdə innovasiyalara və elektron səsvermə texnologiyalarına üstünlük verəcəklər.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.