Kanalizasiya suları evləri basdı, səlahiyyətli qurumlar isə susur - VİDEO

29-10-2024, 16:29           
Kanalizasiya suları evləri basdı, səlahiyyətli qurumlar isə susur - VİDEO
Bakı şəhəri, Sabunçu rayonu, "Zabrat 2" qəsəbəsi, Tramvaynaya küçəsi 116 ünvanında yaşayan sakinlər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər iddia edirlər ki, kanalizasiya suları evlərini bassa da, onların bu vəziyyəti heç bir rəsmi qurumu narahat etmir:

“Artıq kimə, hara şikayət edəcəyimizi bilmirik. Kanalizasiya, yəni çirkab sularının axıdıldığı kanal partlayıb. Bütün evlər, həyətlər çirkab suları və mazut tullantıları ilə dolub. Aidiyyəti qurumlara müraciət etsək də, heç kəs maraqlanmır. Odur ki, sizdən kömək istəmək məcburiyyətində qaldıq.

Xahiş edirik ki, bizim müraciətimizi səsimizi eşitmək istəməyənlərə çatdırın”.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Hürriyyət"ə bildirilib ki, qeyd olunan ünvanda yağış və çirkab sularının həyətlərə yığılmasına səbəb intensiv yağışlardır: "Xətdə tutulma yoxdur, xətlərdə həddindən artıq yüklənmə olduğuna görə nasosxana çatdırmır".
Jalə FAMİLQIZI

Hurriyyet.az

Şikayətçilərin redaksiyamıza göndərdiyi videoları olduğu kimi dərc edirik:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru