Yenicə köçdükləri evdə dəm qazından zəhərləndilər - Ölən var - VİDEO

29-10-2024, 12:26           
Yenicə köçdükləri evdə dəm qazından zəhərləndilər - Ölən var - VİDEO
Sumqayıtda nənə, qızı və nəvəsi dəm qazından zəhərləniblər.

Hadisə Corat qəsəbəsində fərdi evlərin birində baş verib.

69 yaşlı Şövkət Süleymanovanın həyatını xilas etmək mümkün olmayıb.

Onun hamamda dəm qazından boğularaq öldüyü bildirilir.

Qonşuların sözlərinə görə, yaşlı qadın, qızı və nəvəsi həmin mənzilə yenicə köçüblərmiş.

Qadının qızı və nəvəsi isə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Daha ətraflı sujetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru