Azərbaycanda xəstəliklərin qarşısının alınmasına dair strategiya hazırlanıb

20-11-2024, 18:44           
Azərbaycanda xəstəliklərin qarşısının alınmasına dair strategiya hazırlanıb
Zəkiyyə Mustafayeva bildirib ki, iqlim dəyişikliyi yeni infeksiyalara səbəb ola bilər.
Azərbaycanda "Vahid Sağlamlıq" konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya" layihəsi hazırlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva COP29 çərçivəsində baş tutan "Vahid Sağlamlıq Konfransı" adlı tədbirdə deyib
Onun sözlərinə görə, iqlim dəyişikliyi yeni infeksiyalara səbəb ola bilər:
"Bu səbəbdən "Vahid Sağlamlıq Konsepsiyası" hazırda əhəmiyyətlidir. Aidiyyəti sektorların qarşılıqlı fəaliyyəti mühümdür. Azərbaycanda zoonoz epidemiyaların aşkarlanması və çevik tədbirlər üçün aidiyyəti qurumlar birgə fəaliyyət göstərir. Böhran vəziyyətinin idarə olunması və mübarizə üçün vahid platformanın tətbiqi ilə Milli Strategiya layihəsi hazırlanıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru