`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:42
Müştərisi "Baku Electronics" "Qara Cümə" tədarükündəki saxtakarlığından gileylənir. "DİA-AZ" xəbər verir ki, bununla bağlı "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda qeyd olunur.
Narazı vətəndaşın söylədiklərini olduğu kimi təqdim edirik:
" "Baku Electronics"in saxtakarlığıyla bağlı hüquqi müstəvidə necə mübarizə aparmaq olar? Deməli, 3 gün qabaq qabyuyan seçdim, almaq qərarına gəldim. Elə həmin günü də bunların super cümə reklamını gördüm. 20-si endirimlə olacaq deyə reklam verilmişdi. Düşündüm 3 gün də gözləyim, birbaşa 20si məhsulu alım. Bəlkə 100-150 manat "qabağa düşərəm". Bu gün girib baxıram ki, nəyin ki, qiymət düşməsi, hətta qiymət artımı olub... Seçdiyim məhsul 100 manat da bahalaşıb və buna "Super Cümə endirimi" deyirlər... Hüquqi müstəvidə bunun qarşısını necə almaq olar?"