Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Bu gün, 00:05

Ötən il Azərbaycana xarici ölkələrdən 2 milyon 570 min ədəd süni diş gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan süni dişin 1 ədədinin orta gömrük dəyəri 16,5 sent (28 qəpik) olub.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə Azərbaycana xarici ölkələrdən 32 milyon 165,5 min ədəd süni diş gətirilib və süni dişin 1 ədədinin orta gömrük dəyəri 21,6 sent (36,8 qəpik) olub.
Məlumatlardan da göründüyü kimi, əvvəlki illə müqayisədə ötən il xaricdən gətirilən süni dişlərin həm miqdarı, həm də qiyməti aşağı düşüb.
Ötən il Azərbaycan ən çox İtaliya və Türkiyədən süni diş idxal edib. Xaricdən gətirilən süni dişlərin 80%-ə yaxını İtaliya və Türkiyənin payına düşüb və hər iki ölkədən idxal edilən süni dişin gömrük dəyəri 22 qəpik olub. Ən bahalı süni diş isə Azərbaycana Almaniyadan gətirilib. Ötən il Almaniyadan bir ədədi 60 manatdan 414 ədəd süni diş idxal edilib.
Məlumat üçün qeyd edək ki, süni dişlər Azərbaycana aşağıdakı ölkələrdən gətirilib:
İtaliya – 1 411 625 ədəd (1 ədədinin orta gömrük dəyəri 22 qəpik);
Türkiyə – 599 900 ədəd (22 qəpik);
Çin – 439 164 ədəd (26,6 qəpik);
Rusiya – 68 830 ədəd (48 qəpik);
Polşa – 24 192 ədəd (63 qəpik);
Koreya – 7 476 ədəd (1,25 manat);
Macarıstan – 5 292 ədəd (83 qəpik);
Avstriya – 4 410 ədəd (2,4 manat);
Sloveniya – 3 696 ədəd (1,53 manat);
Filippin – 2 925 ədəd (6,5 manat);
Hindistan – 1 979 ədəd (19,4 manat);
Almaniya – 414 ədəd (60 manat).