Bizi Direktor, Rektor, Nazir olaraq idarə edənlər bu dediklərimin mahiyyətini bilirmi?
Bu gün, 00:08

Əhməd bəy Ağaoğlu deyirdi ki, “İnkişaf etmiş bir milləti demokratiyasız idarə etmək çox çətindir. İqtidar üçün də əsl şərəf, sərbəst düşünən və sərbəst fikir söyləyən bir milləti idarə etməkdir. Yoxsa ağzı qapalı, əli bağlı bir sürünü hər kəs idarə edər. Hürrüyyət demokratiyanın əsas əlamətidir. Hürriyyət olmayan yerdə ədalətdən, qayda-qanundan danışmaq olmaz”.
Millətin taleyində, idarəçiliyində rol alan hər kəs onunla ədalət, hürriyyət duyğusu ilə rəftar etməyə borcludur. Özünə və qaşısındakına hörmət edən insanın əsl dəyəri də məhz millətinin övladlarına münasibətdə verdiyi dəyərdir, onun böyüklüyü millətinə münasibətilə ölçülməlidir.
Bizim bu gün hamı tərəfindən qəbul edilən bu böhranlı halımız bir çox məsələlədən qaynaqlansada onlardan biri də müəllim anlayışı və statusu ilə bağlı ölkə miqyasında tətbiq edilən idarəetmədir.
Əslində müəllimin Azərbaycan cəmiyyətində funksiyası, statusu nədir? Onun dediyi dərs anlayışına nələr daxildir? Biz nəyə dərs deyirik? Niyə hamı müəllimin üzərinə gəlir, onu saxtakarlıda suçlayır, şəxsiyyətini aşağılayıb, cəmiyyətdə gözdən salır?
Axı müəllim “keçmişi öyrədən, gələcəyi quran” idi. İndi müəllimi biz gələcəyimizi dağıdan statusunda rahatca cəmiyyətə təqdim edirik. Niyə bizdə müəllimlik bu hala gəldi?
Bizi Direktor, Rektor, Nazir olaraq idarə edənlər bu dediklərimin mahiyyətini bilirmi?
Dostlar əslində son bir ayda çalışdığım təhsil müəsissində UNEC nəzdində Sosial-İqtisadi Kollecində üzləşdiyim vəziyyət məni Azərbaycan təhsilində baş verənləri az da olsa araşdırmağa məcbur etdi. Aydın olur ki, indi təhsil müəssisələrinə rəhbər təyin edilənlərin əksəriyyətinin təhsillə aşağı-yuxarı əlaqəsi yoxdur və bir gün belə müəllim kimi sinifə girməyənləri, dərs deməyənləri rəhbər təyin edirlər.
Fəaliyyətlərində əsas prioritet isə təhsil müəssissələrinin büdcəsini yazıq millətin balalarını imtahanlarda kəsərək, kəsir imtahanları hesabına ödənişlər etdirməyə məcbur etdirməklə doldurmaq durur. Xüsusən kolleclərdə bu hal geniş vüsət alıbdır. Rüşvəti, kütləvi kəsir ödənişləri, çərimələr əvəzləyibdir.
Ardı var
Qelender Muxtarli
TEREF