Vilayət Eyvazov polis əməkdaşının atasını döyən sahə rəisini DİN-dən uzaqlaşdırıb

4-04-2025, 10:39           
Vilayət Eyvazov polis əməkdaşının atasını döyən sahə rəisini DİN-dən uzaqlaşdırıb
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Yasamal Polis İdarəsinin sahə rəisi Vüqar Alıyev polis orqanlarından xaric edilib.

Gununsesi.info–nun əldə etdiyi məlumata görə, Vüqar Alıyevin DİN sıralarından uzaqlaşdırılmasına səbəb onun küçədə vətəndaşla mübahisəsi və ona əl qaldırması olub.

Bildirilir ki, yerə siqaret kötüyü atan vətəndaşa qarşı zorakılıq edən sahə rəisindən nazirə şikayət edilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin vətəndaşın övladı da polis orqanlarında xidmət edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.