Azərbaycanda gizli işsizlik var - ÇIXIŞ YOLU İSƏ...

9-04-2025, 11:27           
Azərbaycanda gizli işsizlik var - ÇIXIŞ YOLU İSƏ...
Əhalinin rifahı dedikdə ağıla gələn ilkin faktorlardan biri də heç şübhəsiz ki, puldur. İnsanlar müxtəlif sahələrdə çalışaraq pul qazanır. Lakin, ölkədəki əsas problemlərdən biri də məhz işsizlikdir. Bu məsələnin həllində müxtəlif fikirlər var. Bəzi insanlar düşünür ki, işsizliyin həll olunması üçün dövlət və özəl sektorlardan dəstək olunmalıdır. Çıxış yolunu başqa formada görənlər isə məsələnin işsiz olan şəxslərin bilik və bacarıqları ilə bağlı olduğunu söyləyir.

Bəs nə üçün ölkəmizdə işsizlik səviyyəsi belə yüksəkdir? İşsizliyin mümkün qədər aradan qaldırılması istiqamətində hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı politoloq Natiq Cəfərli Referans-a açıqlamasında bildirib ki, “Azərbaycanda işsizliklə bağlı problem odur ki, normal statistik göstəricilər əlimizdə yoxdur. Yəni, detallı statistik göstəricilərdən söhbət gedir və rəsmi işsizlik rəqəmləri də çox aşağıdır bizdə - 5%-dən bir az yüksəkdir, dünyanın ortalaması səviyyəsindədir. Dünyanın inkişaf etmiş ölkələrində rəsmi işsizlik rəqəmləri elə olur.

Ekspert onu da vurğulayıb ki, Azərbaycanda gizli işsizlik var. Və bu daha çoxdur. Yəni insanlar bir çox hallarda rəsmi qeydiyyatdan keçmirlər. İşsiz kimi qeydiyyatdan keçməyin özü də bir işdir. Bir çox hallarda işsiz insanlar iş üçün qeydiyyatdan keçməyin özünün də bir iş olduğunu düşünüərək işsiz kimi qeydiyyatdan keçmirlər. Bu da təbii olaraq işsizlərin gizli sayda çoxalmasına səbəb olur.

"İşsizliyin aradan qaldırılmasının ən rahat və ən yaxşı yolu investisiya mühitinin yaxşılaşdırılmasıdır. Xarici və daxili investisiyaların ölkədə geniş yayılmasıdır. Yəni, dünya bu yolla irəliləyib. Hansı ki, daxili və xarici investorlar üçün ideal şərait yarananda iş yerləri də artır.” - deyə qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.