Valideyn himayəsindən məhrum şəxslər müavinətlərini ala bilmirlər

Bu gün, 15:34           
Valideyn himayəsindən məhrum şəxslər müavinətlərini ala bilmirlər
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olanlara məzun olarkən ödənilməli 2 600 manat birdəfəlik müavinəti bəzi şəxslər ala bilmirlər.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, bəzilərinin qısa müddət ərzində bu pulu aldıqları deyilsə də, böyük əksəriyyət aylardır sənəd təqdim etmələrinə baxmayaraq, nəticəsi olmayıb.

Onlardan biri də internat məktəbinin məzunu olmuş fiziki məhdudiyyətli Ruhlan Əsədovdur.

Ruhlan Əsədov sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin 2011-ci il məzunudur. O, valideyn himayəsindən məhrum olmuş və valideynini itirmiş uşaq evi məzunları üçün təyin olunan birdəfəlik 2 600 manat müavinəti ala bilməməsindən şikayətçidir.

R.Əsədov deyir ki, həmin pulu 15 gün içərisində alan məzunlar var, amma hələ də ala bilməyənlər çoxluq təşkil edir. O da vurğulandı ki, pulu alanlar müxtəlif illərin məzunlarıdır.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, bu ödənişlər onların balansında deyil.

Elm və Təhsil Nazirliyindən isə bildiriblər ki, 1 aprel 2025-ci il tarixindən sonra müvafiq təhsil müəssisələrini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2 600 manat məbləğində birdəfəlik müavinət ödəniləcək.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.