Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... - BU NƏDİ BELƏ?..

8-05-2025, 16:31           
Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... - BU NƏDİ BELƏ?..
“Azəriqaz” İstehsalat Birliyi baş direktorunun birinci müavini Nail Abdullayev “Kommunal infrastrukturun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən forumdakı çıxışında təmsil etdiyi qurumun hazırda ölkə üzrə 11 regional idarə ilə fəaliyyət göstərdiyini, onun illik qaz qəbul və satış həcmini 8,4 milyard kubmetrə çatdırdığını bildirib. Bununla belə hələ də təbii qazla təmin olunmayan yaşayış yerləri də var.

Həmin rayonlardan biri olan Lerik İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov Modern.az-a açıqlamasında bildirib ki, Lerikə ilk dəfə qaz xətti Prezident İlham Əliyevin əmri ilə 2006-cı il oktyabrın 23-də çəkilib. Hazırda rayonun 162 yaşayış məntəqəsindən cəmi 61-i qazlaşdırılıb:

“Geri qalan 101 məntəqə isə qazlaşdırılmayıb. Dəfələrlə "Azəriqaz" İB-yə müraciət etsək də, bizə cari ildə və qarşıdakı bir neçə ildə qazlaşdırma prosesinin aparılmayacağı bildirilib. Bu da əhalini narahat edir".

“Hətta qaz xətti üzərində yerləşən, cəmi bir neçə metr aralıda yerləşən yaşayış məntəqələri belə qazlaşdırılmır. Bu da əhalinin haqlı narazılığına səbəb olur”, - H.Məlikov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru