Dəmir Yol polisində problem -" “ya krutoy Fəxrəddin”, nə istəyirəm onu da edirəm. " ŞİKAYƏT
29-06-2015, 12:30
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 111, m 3 ünvanda yaşayan Nəsibov Nəsib Osman oğlu Qafqaz Xəbər Agentliyi vasitəsilə Daxili İşlər naziri cənab Ramil Usubova müraciət edib. Müraciətdə deyilir: “Cənab nazir! Dəmir yolu nəqliyyat polisinin Sabunçu rayon şöbəsinin rəisi Fəxrəddin Muradov dəfələrlə məni öz kabinetinə dəvət edərək hədə-qorxu gəlib. Mən ondan çağırış üçün rəsmi bildiriş göndərilməsini tələb etsəm də o buna əhəmiyyət verməyərək, bildirb ki, “ya krutoy Fəxrəddin”, nə istəyirəm onu da edirəm. Dəfələrlə məni çağıraraq şöbənin qarşsında uzun müddət gözlədib, işimə mane olub. Tez-tez mənə zəng edərək şöbəyə çağırtdırıb. Mən ona dəfələrlə bildirmişəm ki, mən 2-ci qrup əliləm, səhhətimdə problemlər var, mənə rəsmi bildiriş göndər, mən gəlib suallarınıza cavab verim.
Bütün bunlardan sonra Fəxrəddin Muradov 26 iyun 2015-ci il tarixdə saat 11-00 radələrində öz müavinini və 5 nəfər qoluzorlu mülki geyimli şəxsi mənim ardımca yollayıb. Onlar məni zorla maşına basaraq harasa aparmaq istədilər. Onların məqsədi məni oğurlamaq və açıq-aşkar reketçilikdir. Hadisə yerinə adamlar toplaşdıqda onlar niyyətlərindən daşınmaq məcburiyyətində qaldılar. Mən bu zorakı hərkətdən sarsıntı keçirdiyim üçün yanımdakılar təcili yardıma müraciət etdilər və mən tibbi yardımdan sonra özümə gəldim.
Cənab Nazir! Xahiş edirəm mənə qarşı göstərilən polis zorakılığına qarşı tədbir görəsiniz”.