Büdcəyə heç bir divident ödəməyən bankların adları açıqlandı- SİYAHI
28-07-2017, 18:30

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər dövlət maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalardan ibarətdir. Bu mənbə üzrə daxilolmalar 2017-ci il dövlət büdcəsində 5,950 milyon manat təsdiq olunub.
Gununsesi.info bunu Hesablama Palatasına istinadən xəbər verir.
Bundan
-150,0 min manat “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı,
– 4,118 milyon manat “Azər-Türk Bank” ASC,
– 1,682 milyon manat “Azərlotereya” ASC üzrə alınan dividendlər üzrə nəzərdə tutulub.
Bu mənbə üzrə daxilolmalar 2017- ci ilin 6 ayında icra 500 min manat, yəni illik proqnozun 8,4%-i həcmində təşkil edib. Həmin məbləğ 2016-cı ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi nəticəsində “Azərlotereya” ASC -dən daxil olmuş, bu da 2016-cı ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə eynidir. Digər təşkilatlar tərfindən dividendlər üzrə ödənişlər həyata keçirilməyıb.
Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 2017-ci il dövlət büdcəsinində 8 milyon manat məbləğində nəzərdə tutulub. 6 ay üçün tapşırıq 3996,0 min manat (illik proqnozun 49,95%) müəyyən edilibr. Bu mənbə üzrə icra 2017-ci ilin 6 ayı ərzində 4277,2 min manat, yəni illik proqnozun 53,5 %-i həcmində, 6 aylıq proqnozdan isə 281,2 min manat və ya 7,0% çox olub.