Telefon danışıqlarınız hansı halda dinlənilə bilər? - DİQQƏT!

28-07-2017, 19:23           

Telefon zəngləri, danışıqlar, eləcə də yazışmalar şəxsi məlumatlar sırasına daxil edildiyi üçün insanlar bu məlumatların gizli saxlanılmasını istəyir.

Lakin bəzi hallarda telefon danışıqları dinlənilə bilər. Bu hansı hallarda baş verir?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşunas Xəyal Bəşirov bildirdi ki, şəxsi məlumata aid olduğu üçün telefon danışıqlarını yalnız məhkəmə qərarı əsasında dinləmək olar:

“Müəyyən hallarda, məsələn cinayət işi zamanı hər hansı bir detalın müəyyənləşdirilməsində hüquq mühafizə orqanları telefon zənglərini dinləyə bilər. Bu da yalnız məhkəmənin qərarı ilə baş tuta bilər. Qərar əsasında telefon danışığına qulaq asıla, yaxud yazışmalar oxunula bilər. Yəni, bu məsələ ilə bağlı qanunvericiliyin şərtləri belədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru